Bank Of Baku

Alessandro Çiappini “Azərreyl” klubuna baş məşqçi gətirilir

Alessandro Çiappini “Azərreyl” klubuna baş məşqçi gətirilir
# 29 mart 2012 09:43 (UTC +04:00)
Bakı – APA. Faiq Qarayev “Azərreyl” klubunun baş məşqçisi postundan uzaqlaşdırılır. Apasport.az saytının xəbərinə görə, artıq “dəmiryolçular”ı yeni mövsümdə hansı mütəxəssisin çalışdıracağı da bəllidir.

Belə ki, komandanın “sükanı arxası”na dünya şöhrətli italiyalı məşqçi Alessandro Çiappini gətirilir. Onun bu gün Bakıda olacağı və müqavilənin şərtləri ilə tanış olacağı bildirilir.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə”nin mübarizədən kənarlaşdırdığı Polşanın “Atom” klubunu çalışdıran təcrübəli mütəxəssislə ilkin razılığa gəlinib.

Qeyd edək ki, məşqçilik karyerasına 1998-ci ildən başlayan 43 yaşlı Çiappini Türkiyə (2007-2010) və Peru (2011) yığmaları ilə yanaşı, “Medineks” (1998-2000), “Foppapetretti” (2000-2002) və digər tanınmış klublarda çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR