Bank Of Baku

“Lokomotiv Biləcəri” bütün məşqçilərini istefaya göndərib

“Lokomotiv Biləcəri” bütün məşqçilərini istefaya göndərib
# 05 aprel 2012 09:46 (UTC +04:00)
Bakı – APA. “Lokomotiv Biləcəri” voleybol klubu məşqçilər korpusunu istefaya göndərib. Apasport.az saytının məlumatına görə, bu barədə qərar komanda rəhbərliyinin keçirdiyi iclasda qəbul edilib.

Mövsümdə klubunun çıxışına çox pis qiymət verən “Lokomotiv Biləcəri” ukraynalı ata-oğul İqorla Dmitri Filştinski ilə yollarını davam etdirməməyə qərar verib və hər 2 mütəxəssis vətəninə yola salınıb. Artıq komanda voleybolçulara da istirahət verib. Hələ ki, klubdan hansısa oyunçunun gedişi gözlənilmir.

Qeyd edək ki, Super Liqada bu mövsüm debüt edən “Lokomotiv Biləcəri” keçirdiyi 12 oyunun hamısında uduzub. Bu azmış kimi, yalnız 1 setdə qalib gəlib ki, bu da final mərhələsinə yüksələ bilməyən “Azəryolservis” üzərində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR