Bank Of Baku

Yığmamızın basketbolçusu Avropanın ən yaxşıları arasına düşdü

Yığmamızın basketbolçusu Avropanın ən yaxşıları arasına düşdü
# 10 aprel 2012 11:33 (UTC +04:00)
Bakı – APA. Avropa Basketbol Federasiyası qitənin ən yaxşı 5 oyunçusunun adı açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yeni milliləşən basketbolçusu da bu siyahıda yer alıb.

Belə ki, hazırda “Valensiya”nın şərəfini qoruyan Nik Kaner-Mendli Avropanın ən yaxşı 5 oyunçusundan biri seçilib.

Qeyd edək ki, təmsilçimizin komandası Avroliqada “Dördlər finalı”nda çıxış edəcək. Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas və yığmamızın baş məşqçisi də aprelin 14-15-də Rusiyanın Ximki şəhərində baş tutacaq həlledici mərhələni izləyəcək. Onlar orada, həmçinin Kaner-Mendli ilə yayda start götürəcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fikir mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR