Bank Of Baku

Otüstü hokkey üzrə Azərbaycan yığması lisenziya turnirində iştirak edəcək

Otüstü hokkey üzrə Azərbaycan yığması lisenziya turnirində iştirak edəcək
# 24 aprel 2012 10:33 (UTC +04:00)
Bakı-APA. Sabah Yaponiyanın Kakamigahara şəhərində qadın otüstü hokkeyçilər arasında London Yay Olimpiya Oyunlarının təsnifat yarışına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə aparacağı turnirdə 6 yığma qüvvəsini sınayacaq və onlar arasında ən güclü olan kollektiv Olimpiadaya vəsiqə qazanacaq.

Adil Paşayevin başçılıq etdiyi millimiz ilk matçını Malayziyaya, son oyununu isə Çiliyə qarşı keçirəcək. Reqlamentə əsasən, yarışda ilk 2 yeri tutanlar yenidən bir-biri ilə qarşılaşacaqlar.

25 aprel
20:30. Azərbaycan – Malayziya

27 aprel
17:30. Belarus – Azərbaycan

29 aprel
17:30. Avstriya – Azərbaycan

1 may
18:00. Azərbaycan – Yaponiya

3 may
20:30. Çili – Azərbaycan

Qeyd edək ki, bu, London-2012-yə sonuncu lisenziya yarışıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR