Komandamızı ev sahibləri və turnirin favoriti olan yaponlar məğlub ediblər. Düzdür, hesabı matçın 6-cı dəqiqəsində yığmamız açıq. Lakin asiyalılar Han Taejeonqun qolundan sonra 4 dəfə fərqlənməklə, 4:1 hesablı qələbə qazanıblar.
Bundan sonra Yaponiya millisi turnir cədvəlində birinci pilləyə yüksəlib. Aktivində 10 xalı olan “Gündoğar ölkə”nin hokkeyçiləri ikinci yerə enən həmyerlilərimizi 1 xal qabaqlayırlar. 3-cü pillədə qərarlaşan Çili millisi isə 7 xala malikdir.
Mayın 3-də - son turda Azərbaycan və Çili komandalarının oynayacağını nəzərə alsaq, artıq yaponlar finalda rəqiblərini gözləyir. Son turda onlarla qarşılaşmaq üçün isə yığmamıza uduzmamaq lazımdır. Çünki reqlamentə əsasən, ilk 2 pilləni tutacaq millilər bir daha oynayacaq və qalib gələcək komanda London-2012-yə vəsiqə qazanacaq.
Yaponiya | 4 | 3 | 1 | 0 | 19-1 | 10 |
Azərbaycan | 4 | 3 | 0 | 1 | 13-4 | 9 |
Çili | 4 | 2 | 1 | 1 | 6-4 | 7 |
Belarus | 3 | 1 | 1 | 1 | 5-6 | 4 |
Malayziya | 4 | 0 | 1 | 3 | 3-16 | 1 |
Avstriya | 3 | 0 | 0 | 2 | 0-15 | 0 |
Qeyd edək ki, IV turun son matçında Avstriyanı sınağa çəkəcək Belarus da qalib gələcəyi halda finala yüksəlmək şansını saxlayacaq. Lakin onlar V oyun günündə Yaponiya ilə oynayacaqlarında qalib gələcəkləri inandırıcı deyil.