Bank Of Baku

Natalya Məmmədova Rusiyanın “Omiçka” klubuna keçib

Natalya Məmmədova Rusiyanın “Omiçka” klubuna keçib
# 18 may 2012 12:54 (UTC +04:00)
Bakı – APA. “Rabitə”nin kapitanı Natalya Məmmədova özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da şərəfini qoruyan 28 yaşlı hücumçu Rusiya çempionatında mübarizə aparan “Omiçka” klubuna keçib.

Sibir təmsilçisinin rəhbərliyi Natalya ilə prinsipial razılıq əldə edib. Tərəflər arasında rəsmi müqavilə iyunda bağlanacaq.

Məmmədova bunadək Rusiya Super Liqasında – 2002/2003 mövsümündə “Zareçye Odintsova”, 2009/2010 mövsümündə isə Krasnodar “Dinamo”sunda oynayıb.

Qeyd edək ki, 2 il öncə məhz Krasnodar təmsilçisindən “Rabitə”yə keçən Natalya Çempionlar Liqasında 47 xalla rekordçudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR