Bank Of Baku

«Akkord» otüstü xokkey komandası «Çellenc-3» turnirinin qalibi olub

«Akkord» otüstü xokkey komandası «Çellenc-3» turnirinin qalibi olub
# 29 may 2012 18:38 (UTC +04:00)
Bakı-APA. Mayın 25-28-də Slovakiyanın Bratislava şəhərində keçirilən otüstü xokkey üzrə Çempionlar Kuboku üzrə yarışlar başa çatıb. Ötənilki çempionatın qalibi kimi, bu yarışlarda çıxış edən “Akkord” komandası III diviziona daxil olan komandalar arasında 1-ci yeri tutaraq qalib olub.
“Çellenc-3” turnirində ugurlu nəticələr qazanan “Akkord” otüstü xokkey komandasının üzvləri bu gün vətənə dönüblər. Heydər Əliyev beynəlxalq hava limanında idmançıları “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndələri və azarkeşlər sevinclə qarşılayıblar. Qeyd edək ki, mayın 26-da komanda Türkiyənin “Qaziantep” klubunu 3:0, 27-də isə Bolqarıstanın “Lokomotiv” klubunu 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Mayın 28-də keçirilən həlledici oyunda Bolqarıstanın “NSA” komandasını 5:0 hesabı ilə məğlubiyyətə uğradan “Akkord” “Çelenc-3” turnirində öz qalibiyyətini rəsmiləşdirib. Komandanın oyunçusu Saleh Balamiyev vurduğu 14 qolla bu çempionatın ən məhsuldar hücumçusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR