Azərbaycan millisi CEV reytinqində 4 pillə geriləyib

Azərbaycan millisi CEV reytinqində 4 pillə geriləyib
# 07 dekabr 2020 21:24 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) aşağı yaş qrupları üzrə yığmaların reytinq siyahılarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, oğlanlardan ibarət U-20, U-18, U-17, qızlardan ibarət U-19, U-17, U-16 komandaların cədvəlləri müəyyənləşib.

Azərbaycan milli komandalarından yalnız biri siyahıya daxil edilib. 17 yaşadək qızlardan ibarət yığmamız CEV-in reytinqində yer alıb.

Bu yaş qrupunda 37 komanda siyahıya salınıb. Azərbaycan millisi İrlandiya ilə birlikdə 36-37-ci yerləri bölüşür. Hər iki yığmanın 30 xalı var.

Ötən reytinqdə 32-ci olan milli 4 pillə geriləyib. Qızların U-17 komandaları arasında ilk üç yeri Rusiya (200), Türkiyə (194), İtaliya (192) tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR