Qadın voleybolçular arasında Avropa çempionatında növbəti oyunlar keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı C qrupunda günə Xorvatiya - Macarıstan matçı ilə yekun vurulub.
Bu qrupun oyunlarına ev sahibliyi edən macarıstanlılar meydanı məğlubiyyətlə tərk ediblər – 0:3 (20:25, 23:25, 33:35). Bu qələbədən sonra 2-ci pilləyə yüksələn Xorvatiya millisi 1/8 finala vəsiqəni təmin edib.
Bununla da C qrupundan növbəti raunda çıxan komandaların sayı üçə çatıb. Hollandiya 1-ci yeri təmin edibsə, Azərbaycanla Xorvatiyanın tutacağı mövqe son oyun günündə bəlli olacaq.
Millimiz Rumıniya ilə oyunda qalib gəlsə 2-ci, məğlub olsa 4-cü olacaq. Xorvatiyanın 2-ci, yoxsa 3-cü olması komandamızın qələbəsindən asılı olacaq. Rumıniya qələbə sayəsində 3-cü olub, millimizi 4-cü yerə sıxışdıra bilər.
Son gündə Covanni Kapraranın yetirmələrinə macar azarkeşlər də dəstək olacaqlar. Çünki Rumıniya 1 xal belə qazansa, meydan sahibləri qrupda qalacaq. Millimizin 3 xal əldə etməsi isə macarlara cüzi şans yaradacaq. Çünki belə olan halda 1-ci yeri təmin edən Hollandiyadan alınacaq 3 xal onları 1/8 finala daşıya bilər.
Qeyd edək ki, C qrupundan 1/8 finala yüksələnlər A qrupunun komandaları ilə görüşəcək.
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Hollandiya |
4 |
4 |
0 |
12-0 |
300-206 |
12 |
2 |
Xorvatiya |
5 |
3 |
2 |
11-8 |
443-422 |
10 |
3 |
Azərbaycan |
4 |
3 |
1 |
9-7 |
351-338 |
7 |
4 |
Rumıniya |
4 |
2 |
2 |
7-8 |
336-362 |
6 |
5 |
Macarıstan |
4 |
1 |
3 |
4-9 |
303-304 |
3 |
6 |
Estoniya |
5 |
0 |
5 |
4-15 |
360-461 |
1 |