Bank Of Baku

AFFA-ya danışılmış oyunla bağlı müraciət daxil olub

AFFA-ya danışılmış oyunla bağlı müraciət daxil olub
# 19 aprel 2019 12:54 (UTC +04:00)

Region Liqasının II pley-off mərhələsi çərçivəsində keçirilmiş “Füzuli” – “FC Baku” oyununun nəticəsinin manipulyasiyası ilə bağlı AFFA-ya müraciət daxil olub. 

ONA qurumun saytına istinadən məlumat verir ki, aprelin 6-da baş tutmuş matçın danışılmış olması ilə bağlı şübhələr yaranıb. 

Bu səbəbdən də liqanın yarımfinal mərhələsində aprelin 22-də nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu baş tutmayacaq. Region Liqasının İşçi Qrupunun qərarı ilə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR