Bank Of Baku

Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar

Atletlərimiz Avropa çempionatında çıxışlarını başa vurublar
# 11 aprel 2019 14:48 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 

ONA-nın məlumatına görə, yarışda bu gün daha iki atletimiz – Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıb.

Onların hər ikisi 96 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 kq (147+190) nəticə ilə bu qrupda 8-ci, Kamran İsmayılov isə 333 kq (148+185) nəticə ilə 9-cu yeri tutub. 

Atletlərimizin yekun sıralamada tutacaqları yer A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR