Bank Of Baku

Avropa Liqasında 19 yaşlı portuqaliyalı həftənin futbolçusu seçilib

Avropa Liqasında 19 yaşlı portuqaliyalı həftənin futbolçusu seçilib
# 12 aprel 2019 17:57 (UTC +04:00)

Avropa Liqasında həftənin futbolçusu müəyyənləşib. 

ONA-nın məlumatına görə, Portuqaliyanın “Benfika” klubunun futbolçusu Joao Feliks 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşısı seçilib.

19 yaşlı portuqaliyalı Almaniyanın “Ayntraxt” klubu ilə ev oyununda het-trik müəllifi olub. Turnirin tarixinə ən gənc het-trik müəllifi kimi düşən J.Feliks UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib adını qazanıb.

Qeyd edək ki, “Benfika” ev oyununda 4:2 hesabı ilə qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR