Bank Of Baku

Azərbaycan gimnastları Avropa çempionatının çoxnövçülük yarışında çıxışlarını başa vurublar

Azərbaycan gimnastları Avropa çempionatının çoxnövçülük yarışında çıxışlarını başa vurublar
# 13 aprel 2019 09:34 (UTC +04:00)

Polşanın Şetsin şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında final mərhələsinə start verilib.

ONA-nın məlumatına görə, yarışın üçüncü günündə kişi və qadınlar çoxnövçülükdə qüvvələrini sınayıblar.

Final mərhələsinin ilk günündə Azərbaycan təmsilçiləri də azarkeşlər önünə çıxıb. Kişilərin mübarizəsində İvan Tixonov altı hərəkətin cəmində 78,665 xal toplayıb. O, finalda çıxış edən 24 gimnast arasında 21-ci olub. Qitə çempionu adını isə rusiyalı Nikita Naqornı qazanıb – 88,665 xal.

Marina Nekrasova isə qadınların yarışında 23-cü olub. O, dörd hərəkətdə 48,465 xal yığıb. Çempion adına isə fransalı Melani de Xesus dos Santios yiyələnib – 53,433 xal.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR