Bank Of Baku

Azərbaycan karateçisi Seriya A-da gümüş medal qazanıb

Azərbaycan karateçisi Seriya A-da gümüş medal qazanıb
# 20 may 2019 09:06 (UTC +04:00)

Azərbaycan millisinin karateçisi İrina Zaretska İstanbulda Karate1 Seriya A turnirinin gümüş medalını qazanıb. 

ONA-nın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən komandamızın lideri finalda Marina Rakoviçə (Monteneqro) məğlub olub. 

Rəqib 4:2 hesablı qələbə qazanıb. 

Rafael Ağayev (75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub. 

Qeyd edək ki, turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib. Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR