Bank Of Baku

Azərbaycan klubunun avrokubok matçlarının vaxtı açıqlanıb

Azərbaycan klubunun avrokubok matçlarının vaxtı açıqlanıb
# 20 avqust 2019 14:32 (UTC +04:00)

Azərbaycanın kişi həndbolçulardan ibarət “Məhsul” klubunun avrokubokdakı oyunlarının vaxtı və yeri dəqiqləşib. 

APA-nın məlumatına görə, Bakı təmsilçisi “Challenge Cup” turnirinin 1/32 final mərhələsi çərçivəsində Norveç “Drammen”i ilə ilk matçına oktyabrın 5-də çıxacaq. 

Drammen şəhərində “Drammenshallen” Sarayında baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Paytaxtımızda keçirilməli olan cavab qarşılaşması da səfərdə eyni şəhər və eyni arenada oynanılacaq. Oktyabrın 6-na təsadüf edəcək bu görüşün start fiti isə Bakı vaxtı ilə saat 20:00-da veriləcək. 

Qeyd edək ki, EHF kubokunda yarışan Azərbaycanın qadınlardan ibarət “Azəryol” klubu da “Qaliçanka” ilə hər iki qarşılaşmasını Lvovda keçirəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR