Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
# 13 iyul 2023 11:28 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Ataman Güneyligil Avropa çempionatı üçün 17 oyunçu sifariş edilib.

Uzun müddətdən sonra Polina Rəhimova da komandaya qoşulub. Milli karyerasını başa vurduğunu açıqlayan hücumçu qitə çempionatında yığma ilə birlikdə olacaq.

Qeyd edək ki, Avropa çempionatı avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyada keçiriləcək. Ardıcıl 10-cu dəfə həlledici mərhələyə qatılacaq Azərbaycan millisi C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.

Toppaylayıcılar: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR