Bank Of Baku

Azərbaycan yığmasının Avropa çempionatının 1/8 final mərhələsində rəqibi müəyyənləşib

Azərbaycan yığmasının Avropa çempionatının 1/8 final mərhələsində rəqibi müəyyənləşib
# 29 avqust 2019 19:32 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 1/8 finalındakı rəqibi dəqiqləşib.

APA-nın məlumatına görə, C qrupunda 2-ci olan yığmamız Bolqarıstanla qarşılaşacaq.

Sonuncular A qrupunda 3-cü yerə sahib çıxıblar. Qrup mərhələsinin son günündə Finlandiyanı 3:0 (25:14, 25:21, 25:19) hesabı ilə məğlub edən bolqarıstanlılar 9 xalla üçüncü olublar.

1/8 finalın Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR