Bank Of Baku

Azərbaycan üzgüçüsü Dünya Kubokunda üçüncü olub

Azərbaycan üzgüçüsü Dünya Kubokunda üçüncü olub
# 29 aprel 2019 14:31 (UTC +04:00)

Azərbaycanın üzgüçülük növü üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən Dünya Seriyasında ikinci medalını qazanıb.

ONA-nın məlumatına görə, Roman Saleh yarışın son günündə 100 m məsafəyə baterfyay üsulu ilə üzməkdə finişə üçüncü çatıb. 

O, 58,63 saniyəlik nəticə göstərərək bürünc medala sahib olub.

Xatırladaq ki, R. Saleh bunadək arxasıüstə üzmədə 100 m məsafədə 1:00,61 dəqiqəlik nəticə ilə çempion tituluna yiyələnib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR