Bank Of Baku

Azərbaycan voleybolçuları Rusiyaya uduzub, Türkiyəyə yollanıblar

Azərbaycan voleybolçuları Rusiyaya uduzub, Türkiyəyə yollanıblar
# 19 iyul 2019 11:56 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. 

APA-nın məlumatına görə, italiyalı mütəxəssis Covanni Kapraranın rəhbərlik etdiyi komanda 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıq çərçivəsində Rusiyada 2 yoxlama matçı keçirib. 

Hər 2 qarşılaşmada rəqib 3:0 hesabı ilə qələbə qazanıb. Nəticədə voleybolçularımız Bolqarıstanın ardınca Rusiya toplanışını da baş vurub. 

Plana uyğun olaraq, komandamız bu gün Türkiyəyə yollanıb. Millimiz qonşu ölkədə yerli yığma ilə 1 yoxlama matçında qüvvəsini sınayacaq.  

Voleybolçularımız iyulun 24-də Türkiyədən yarışın baş tutacağı Braziliyaya gedəcək. 

Qeyd edək ki, komandamız daha öncə bolqarlarla 2 oyun keçirib və 1 qələbə qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR