"Azərreyl" 1/16 finala yüksəlib

"Azərreyl" 1/16 finala yüksəlib
# 18 oktyabr 2023 21:51 (UTC +04:00)

“Azərreyl” Avropa kuboklarında 1/16 finala yüksəlib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Çağırış kuboku"nda “Balta”nı məğlub edib.

Bakıda keçən hər iki oyun yerli voleybolçuların üstünlüyü ilə keçib. İlk oyunda 3:0 hesabı ilə qələbə qazanan “Azərreyl” eyni uğuru bu gün də təkrarlayıb.

Qeyd edək ki, “Azərreyl” 1/16 finalda İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

Çağırış kuboku
1/32 final, cavab oyunu
18 oktyabr
Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan) – 0:3 (23:25, 15:25, 19:25)
İlk oyun – 0:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR