Bank Of Baku

Bakı klubu Ukrayna yığmasının sabiq qapıçısını transfer edib

Bakı klubu Ukrayna yığmasının sabiq qapıçısını transfer edib
# 26 aprel 2019 12:31 (UTC +04:00)

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

ONA-nın məlumatına görə, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra Azərbaycan təmsilçisinin uğurları üçün çalışacaq. 

23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb. Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk peşəkar karyerasında ancaq bu komandada çıxış edib. 

O, Ukraynanın aşağı yaş qruplarının - U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Bezruk yeni komandasında 32 nömrəli formada çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR