Bank Of Baku

Bakıda “Formula-2” üzrə sonuncu yarışa start verilib

Bakıda “Formula-2” üzrə sonuncu yarışa start verilib
# 28 aprel 2019 13:10 (UTC +04:00)

Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə ikinci yarışın startı verilib. 

ONA-nın məlumatına görə, 10 komandanın pilotları 50 dəqiqə ərzində 21 dövrə (126,063 km) vuraraq, qalibi müəyyənləşdirəcəklər. 

"Əvəzedicilər" bununla da paytaxtımızda keçirilən SOCAR Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.

Qeyd edək ki, Bakıda "Formula-2" üzrə təşkil olunan ilk yarışda Cek Aitken (“Kampos”) qalib adını qazanıb. Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR