Bank Of Baku

Bakıdakı Dünya Kubokunda iştirak edəcək gimnastların sayı açıqlanıb

Bakıdakı Dünya Kubokunda iştirak edəcək gimnastların sayı açıqlanıb
# 16 aprel 2019 12:01 (UTC +04:00)

Aprelin 26-28-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və gimnastların sayı açıqlanıb. 

Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 39 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq. 

Belə ki, 3 gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyənləşəcək. 

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR