Bank Of Baku

Bolqarıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Bolqarıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib
# 14 may 2019 17:32 (UTC +04:00)

Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, balkanlıları yığmanın sabiq ulduzu Krasimir Balakov çalışdıracaq.

53 yaşlı mütəxəssis bu postda Petar Hubçevi əvəzləyib. Sonuncu AVRO-2020-nin seçmə mərhələsinin ilk iki oyunundan sonra istefa verib.

Müqaviləyə əsasən, K.Balakov işinə iyunun 1-də başlayacaq. Onun anlaşması 2021-ci ilin noyabrına qədər – DÇ-2022-nin seçmə mərhələsi bitənədək nəzərdə tutulub.

Qeyd edək ki, Bolqarıstan seçmə mərhələyə Monteneqro və Kosovo ilə eyni – 1:1 hesablı heç-heçələrlə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR