“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzadıb

“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzadıb
# 21 may 2019 16:48 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

ONA-nın məlumatına görə, Fransa millisinin hücumçusu ilə anlaşma daha bir illik uzadılıb.

O.Jiru 2019/20 mövsümündə də “Çelsi”nin şərəfini qoruyacaq. 2018-ci ildən London klubunda çıxış edən forvard cari mövsüm Premyer Liqanın 27 matçında 2 qol vurub.

Qeyd edək ki, “Çelsi” cari mövsümdə son oyununu mayın 29-da Bakıda keçirəcək. Londonlular Avropa Liqasının finalında həmşəhərliləri “Arsenal”la görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR