Bank Of Baku

Çempionlar Liqasının finalında İtaliya klubları üz-üzə gələcək

Çempionlar Liqasının finalında İtaliya klubları üz-üzə gələcək
# 11 aprel 2019 09:44 (UTC +04:00)

Qadın və kişi voleybolçular arasında Çempionlar Liqasının finalçılarının adları dəqiqləşib. 

ONA-nın məlumatına görə, həlledici görüşlərdə İtaliyanın 3 və  Rusiyanın 1 klubu mübarizə aparacaq. 

Belə ki, qadınların mübarizəsində Türkiyənin “Vakıfbank” və “Fənərbaxça” klubları Apennin təmsilçiləri ilə bacarmayıblar. Onlar müvafiq olaraq, “Novara” və “Konegliano”ya uduzublar. “Sarı-lacivərdlilər” hər iki görüşdə uduzduğu halda, “Vakıfbank” “qızıl set”də məğlub olub. 

Kişi voleybolçuların həlledici görüşündə isə İtaliya "Kuçine-Lube"si Rusiya “Zenit”i ilə qarşılaşacaq. Onlar yarımfinalda müvafiq olaraq, "Belçatov" (Polşa) və "Peruca"dan (İtaliya) üstün olublar. Finalçılar hər iki görüşdə qalib gəlməklə mərhələ adlayıblar. 

Qeyd edək ki, “Novara” - “Konegliano” və “Kuçine-Lube" - “Zenit” finalları aprelin 18-də Berlində olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR