Bank Of Baku

Əmrə Bələzoğlu “Fənərbaxça”ya qayıda bilər

Əmrə Bələzoğlu “Fənərbaxça”ya qayıda bilər
# 23 may 2019 13:00 (UTC +04:00)

Türkiyə milli komandasının futbolçusu Əmrə Bələzoğlu “Fənərbaxça”ya keçə bilər.

ONA-nın məlumatına görə, “sarı-lacivərdlilər” sabiq yarımmüdafiəçisini geri qaytarmaq niyyətindədir.

39 yaşlı futbolçunun dörd ildir şərəfini qoruduğu “Başakşəhər”lə müqaviləsi bu yay sona çatır. Əmrə Bələzoğlunun özü də sabiq komandasına dönmək istəyindədir.

Qeyd edək ki, futbolçu 2008-12 və 2013-15-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub. O, dörd il əvvəl müqaviləsi yenilənmədiyi üçün İstanbulun digər komandasına keçməli olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR