Bank Of Baku

FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub

FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub
# 04 noyabr 2024 18:48 (UTC +04:00)

Noyabrın 4-də Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun final qarşılaşması baş tutub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə kubokunda B qrupunda yer alaraq finala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası final görüşündə "Azerrail" komandasını 3:0 hesabı ilə məğlub edərək ölkə kubokunun sahibi olub.

Final oyununu fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib.

Qeyd edək ki, "Xilasedici" voleybol komandası kubok oyunlarında bundan əvvəl "Murov AZ Terminal", "MOİK" və "Neftçi" komandalarını məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR