FİBA Avropa kuboku: "Sabah" Çexiya klubu ilə qarşılaşacaq

FİBA Avropa kuboku: "Sabah" Çexiya klubu ilə qarşılaşacaq
# 01 noyabr 2023 13:32 (UTC +04:00)

"Sabah" basketbol komandası bu gün FİBA Avropa kubokunda növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçında Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.

D qrupunun autsayderi olan təmsilçimiz ilk qələbə üçün meydana çıxacaq. İlk iki turda uduzan komandamız məğlubiyyətsiz irəliləyən rəqibi büdrətmək niyyətindədir.

Qeyd edək ki, “Sabah” bunadək Monteneqroda “Mornar”a (75:80), Bakıda “Bağçaşəhərər”ə (65:83) uduzub.

FİBA Avropa kuboku
III tur, D qrupu
1 noyabr
21:30. "Nimburk" (Çexiya) - “Sabah” (Azərbaycan)

1

Nimburk

2

2

0

167-150

4

2

Bağçaşəhərər

2

1

1

171-154

3

3

Mornar

2

1

1

142-153

3

4

Sabah

2

0

2

140-163

2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR