Hakimlərimiz Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıblar

Hakimlərimiz Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıblar
# 18 yanvar 2024 12:31 (UTC +04:00)

Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.

Apasport.az xəbər verir ki, həmyerlimiz Zaur Hacıyev Çağırış kubokunda 1/4 final mərhələsinin matçını idarə edəcək.

O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk oyunda “Nilüfer Belediye Bursa” komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib.

Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.

O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fenerbahçe PRL İstanbul” və Ukraynanın “SC Prometey Dnipro” klublarının cavab matçında ikinci hakim olacaq. İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hər iki oyun bu gün baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR