Bank Of Baku

İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub - VİDEO

İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vurulub - VİDEO
# 24 aprel 2019 11:22 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XXXI turunun “Uoford” – “Sauthempton” oyunu (1:1) rekordla əlamətdar olub.

ONA-nın məlumatına görə, qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açan Şeyn Lonq Premyer Liqa tarixində ən erkən qolun müəllifi olub.

O, görüşün 7-ci saniyəsində meydan sahiblərinin qapısına yol tapıb. Hücumçu “Tottenhem”in sabiq müdafiəçisi Ledli Kinqin rekordunu yeniləyib.

London klubunun futbolçusu 10-cu saniyədə qol sevinci yaşamışdı. L.Kinq bu rekordu 2000/01 mövsümünün “Bredfor”la görüşündə gerçəkləşdirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR