Bank Of Baku

Kolumbiya və Hindistan Azərbaycan yığmasına rəqib olub

Kolumbiya və Hindistan Azərbaycan yığmasına rəqib olub
# 30 aprel 2019 10:48 (UTC +04:00)

Kişi həndbolçular arasında inkişafda olan ölkələrin III çempionatının püşkü atılıb. 

ONA-nın məlumatına görə, mərasimdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub. 

Komandamız Çin, Böyük Britaniya, Kolumbiya, Kuba və Hindistanla A qrupunda yer alıb. B qrupunda isə Bolqarıstan, Gürcüstan, İrlandiya, Malta, ABŞ və Nigeriya həndbolçuları mübarizə aparacaqlar. 

Oyunlar iyunun 8-16-da Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Yarışın yekununa əsasən ən yaxşı Avropa yığması qitə birinciliyinə vəsiqə qazanacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR