Lorenzo Sotomayor Usti-nad-Labem Qran-prisinin qalibi olub

Lorenzo Sotomayor Usti-nad-Labem Qran-prisinin qalibi olub
# 26 may 2019 11:17 (UTC +04:00)

Çexiyada boks üzrə Usti-nad-Labem Qran-prisinə yekun vurulub.

ONA-nın məlumatına görə, yarışa 4 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Vaqif Şirinovun yetirmələrindən Lorenzo Sotomayor (69 kq) çempion tituluna yiyələnib. Rio-2016-nın gümüş medalçısı finalda norveçli Hadi Srourla döyüşüb və rinqdən qələbə ilə ayrılıb.

Komandamızın aktivinə digər medalı isə Alfonso Dominqes (81 kq) yazdırıb. O, 1/2 finalda kubalı Olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR