Bank Of Baku

“Murov” Azərbaycan çempionu olub

“Murov” Azərbaycan çempionu olub
# 20 aprel 2023 17:41 (UTC +04:00)

Kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün final mərhələsində 3-cü oyunlar baş tutub.

Bu qarşılaşmalardan sonra Yüksək Liqanın bütün mükafatçıları dəqiqləşib. Öncə bürünc medallar sahibini tapıb. Əvvəlki iki qarşılaşmada MOİK-i 3:0 və 3:1 hesabları ilə məğlub edən “Neftçi” bu dəfə də azarkeşlərini sevindirib. Seriyadakı ardıcıl üçüncü qələbə komandaya bürünc medallar qazandırıb.

Çempionun taleyinə də üçüncü oyunda aydınlıq gəlib. “Xarı bülbül” bu dəfə də “Murov”la bacarmayıb. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan Fərid Cəlalovun yetirmələri üçüncü qələbəni də “quru hesabla” qazanıb və qızıl medallara sahib çıxıb.

Yüksək Liqa, kişilər
20 aprel
3-cü oyunlar

Üçüncü yer uğrunda

14:00 “Neftçi” – MOİK - 3:1 (21:25, 25:22, 25:15, 28:26)

Final
16:00 “Xarı bülbül” - “Murov” – 0:3 (16:25, 10:25, 16:25)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR