Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.
Məlumata görə, bu, federasiyanın ərizəsi əsasında baş verib.
Qurum 2002-ci ildə yaradılıb. 2020-ci ilin avqust ayında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilib.
Qeyd edək ki, Naxçıvanda əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.