Parataekvondoçularımız Misirdə 5 medal qazanıb

Parataekvondoçularımız Misirdə 5 medal qazanıb
# 21 fevral 2019 16:43 (UTC +04:00)

Misirin Hurqada şəhərində parataekvondo üzrə açıq Afrika çempionatı keçirilib. ONA.az saytının məlumatına görə, G4 kateqoriyalı yarışda Azərbaycan millisi 4 nəfərlə təmsil olunub.

Komandamız turniri 5 medalla başa vurub. Belə ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Nicat Müslimov həm K42, həm də K43 kateqoriyasında yarışın ən güclüsü adına yiyələnib. Ondan fərqli, Röyalə Fətəliyeva (44 kq, K44) və Aynur Məmmədova (58 kq, K44) gümüş medalla kifayətləniblər.

Digər parataekvondoçularımızdan Elimxan Manafov (61 kq, K43) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının qatıldığı beynəlxalq reytinq turnirində iki qızıl, iki gümüş və bir bürünc medalla komanda hesabında üçüncü olub. Yarışın ən güclü idmançısı isə Nicat Müslimov seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR