Bank Of Baku

PSJ ardıcıl 3-cü, ümumilikdə 8-ci dəfə Fransa çempionu olub

PSJ ardıcıl 3-cü, ümumilikdə 8-ci dəfə Fransa çempionu olub
# 21 aprel 2019 20:10 (UTC +04:00)

Futbol üzrə Fransa çempionu müəyyənləşib.

ONA-nın məlumatına görə, PSJ Liqa1-in çempionu adına yiyələnib.

Paris təmsilçisi XXXIII tur çərçivəsində keçirilən “Tuluza” - “Lill” matçından sonra qızıl medalları təmin edib. Liderin ən yaxın izləycisi səfərdə xal itkisi ilə üzləşib – 0:0. Bu nəticədən sonra 81 xala malik PSJ ilə “Lill” arasında xal fərqi 16-ya bərabər olub. Bu üzdən parislilər finişə 5 tur qalmış çempion adına yiyələniblər. PSJ bu gün “Monako”ya qarşı keçiriləcək görüşə çempion statusu ilə çıxacaq.

Qeyd edək ki, PSJ ardıcıl 3-cü, ümumilikdə 8-ci dəfə Fransa çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR