Bank Of Baku

PSJ-nin rəqibi müəyyənləşib

PSJ-nin rəqibi müəyyənləşib
# 07 mart 2019 01:07 (UTC +04:00)

Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

ONA-nın xəbərinə görə, son qarşılaşmada “Nant” 4-cü liqada çıxış edən “Vitre”nin qonağı olub.

Lavalda keçirilən görüşün ilk yarısında iki qol vuran Liqa1 təmsilçisi yarımfinala yüksəlib. Nantın eyniadlı klubu finalın bir addımlığında son 4 mövsümdə kubokun qalibi olan PSJ ilə görüşəcək.

Qeyd edək ki, digər yarımfinalda “Lion” və “Renn” üz-üzə gələcək. Bu mərhələnin oyunları aprelin 2-3-də keçiriləcək.
Fransa kuboku
1/4 final
“Vitre” – “Nant” – 0:2

Boşilya, 25, Mantse, 44
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR