Qadın basketbolçularımız Litvaya yola düşüb

Qadın basketbolçularımız Litvaya yola düşüb
# 07 noyabr 2023 13:57 (UTC +04:00)

Qadınlardan ibarət basketbol yığmamız Litvaya yola düşüb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Basketbol üzrə qadınlardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Eurobasket-2025-ə vəsiqə uğrunda matçlarda millimiz Belçika, Litva və Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələ noyabrın 9-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR