Qadın voleybolçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək

Qadın voleybolçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək
# 12 mart 2024 16:31 (UTC +04:00)

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women) ev sahibliyi edəcək.

Apasport.az xəbər verir ki, ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxıb.

Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq.

Xatırladaq ki, Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.

2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR