“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb

“Qalatasaray” Fatih Terimlə yeni müqaviləni imzalayıb
# 26 may 2019 00:08 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.

ONA-nın məlumatına görə, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.

Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, “Qalatasaray”ın 22-ci Super Liqa çempionluğunu qeyd olunması mərasimində çıxış edərək F.Terimlə anlaşma barədə məlumat verib: “Daha öncə ürəklərdə atılan imzanı kağız üzərinə köçürmək istəyirik. Fatih Terimlə yeni 5 illik müqavilə imzalayırıq. Bu 5 illik imza 5-ci ulduzun əskik olan qanadlarıdır”.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “sarı-qırmızılar”ı çalışdıran F.Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR