Bank Of Baku

Rumıniyalı cüdoçu Azərbaycan millisində debüt edib

Rumıniyalı cüdoçu Azərbaycan millisində debüt edib
# 02 mart 2019 19:52 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqada qadın cüdoçular arasında Avropa kubokuna start verilib. ONA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin yeganə idmançısı Aleksandra-Larisa Florian da tatamiyə çıxıb. 

Rumıniyalı legionerin yığmamızda debütü uğurlu alınmayıb. Florian medalın bir addımlığında büdrəyərək, 5-ci yeri tutub. Belə ki, 52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu İsrail, Finlandiya və Hollandiya təmsilçilərinə qalib gələrək, yarımfinala yüksəlib. Lakin finala gedən yolda Monqolustan idmançısına uduzub. Florian 3-cü yer uğrunda görüşdə də məğlubiyyətə üzülüb. Bu dəfə fransalı rəqibi güclü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR