Bank Of Baku

Sadio Mane ayın futbolçusu seçilib

Sadio Mane ayın futbolçusu seçilib
# 13 aprel 2019 09:02 (UTC +04:00)

İngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu müəyyənləşib.

ONA-nın məlumatına görə, “Liverpul”un hücumçusu Sadio Mane martın ən yaxşısı seçilib.

27 yaşlı seneqallı ötən ay keçirdiyi 5 çempionat oyununda üç qol və bir məhsuldar ötürməyə imza atıb. O, səsvermədə digər namizədlər – Endryu Robertson (“Liverpul”), Bernardu Silva (“Mançester Siti”), Şeymus Koulmen (“Everton”), Ceymi Vardi (“Lester”) və Ceyms Uord-Prouzu (“Sauthempton”) qabaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR