Bank Of Baku

Topsuz qalan “Vulverhempton” “topçular”ı 40 ildən sonra məğlub edib - VİDEO

Topsuz qalan “Vulverhempton” “topçular”ı 40 ildən sonra məğlub edib - VİDEO
# 25 aprel 2019 01:35 (UTC +04:00)

İngiltərənin “Vulverhempton” klubu “Arsenal”la oyunlardakı uğursuz seriyaya qeyri-adi şəkildə son qoyub.

ONA-nın məlumatına görə, Premyer Liqanın XXXI turundan təxirə salınan oyunda qələbə qazanan “canavarlar” 40 ildən sonra London təmsilçisini məğlub edib.

“Arsenal” “Vulverhempton”a sonuncu dəfə 1979-cu il sentyabrın 29-da uduzmuşdu. “Hayberi” stadionunda qeydə alınan 3:2 hesablı qələbədən sonra vulverhemptonlular 16 matç idi “topçular”a qalib gəlmirdi.

Bu dəfəki qələbəyə qeyri-adilik qatan isə görüşün “Arsenal”ın aşkar üstünlüyü şəraitində keçməsidir. Oyun ərzində topa cəmi 29 faiz nəzarət edən qonaqlar üçün 3 xal qazanmağa bu da yetərli olub.

Qeyd edək ki, “Vulverhempton” 40 il sonra 3:1 hesablı qələbəyə sevinib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR