Türkiyənin qadınlardan ibarət voleybol yığması ilk dəfə Avropa çempionu olub - YENİLƏNİB

Türkiyənin qadınlardan ibarət voleybol yığması ilk dəfə Avropa çempionu olub - YENİLƏNİB
# 04 sentyabr 2023 00:52 (UTC +04:00)

Türkiyə qadın voleybol milli komandası ilk dəfə Avropa Çempionu olub.

APA xəbər verir ki, final oyununda Serbiya ilə qarşılaşan Türkiyə ümumi hesabda 3-2 qazanaraq tarixində ilk dəfə Avropa Çempionu tituluna sahib çıxıb.

Türkiyə qadın voleybol milli komandası bundan öncə iki dəfə də final oynasa da, 2003-cü ildə Polşaya, 2019-cü ildə isə Serbiyaya finalda məğlub olub.

Həmçinin Millətlər Liqası kubokunu da qazanan Türkiyə hazırkı xal sıralamasına görə, dünyada birinci olaraq qalır.

***

00.36

Türkiyənin qadınlardan ibarət voleybol yığması Serbiyanın 3-2 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, bununla komanda tarixində ilk dəfə Avropa çempionu olub.

Komanda son 14 oyunun hamısından qalib ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR