Bank Of Baku

“İqtisadçı” rəhbərliyi türkiyəli baş məşqçini istefaya göndərib

 “İqtisadçı” rəhbərliyi türkiyəli baş məşqçini istefaya göndərib
# 14 yanvar 2013 08:34 (UTC +04:00)

Bakı – APA. Voleybol üzrə Azərbaycan Super Liqasında gözlənilməz baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, çempionatın lideri “İqtisadçı” ötən ildən komandanın “sükanı arxasında” olan Bülənt Karslıoğlunu istefaya göndərib.

 

Türkiyəli mütəxəssis əməkdaşımızla söhbətində bildirib ki, rəhbərliyin çıxardığı qərarı onun üçün gözlənilməz olub: “Peşəkar məşqçiyəm. Amma rəhbərliyin bu qərarı mənim üçün gözlənilməz oldu. Çempionatda liderik, son turda “Rabitə”yə qalib gəldik. Gələcək taleyimlə bağlı hələ bir şey deyə bilmərəm. Menecerim artıq Türkiyədən Bakıya gəlib. O, rəhbərliklə bu məsələni bir daha danışacaq. Hər 2 tərəfin yekun qərarı da bundan sonra bilinəcək”.

 

“İqtisadçı” rəhbərliyi artıq komandaya yeni baş məşqçi də gətirib. Bundan sonra komandanı Tailand millisinin baş məşqçisi Kyattiponq Radçataqryenqkay çalışdıracaq.

 

Qeyd edək ki, “İqtisadçı” 13 turdan sonra 23 xalla 1-ci pillədə qərarlaşıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR