Bank Of Baku

“Azərreyl” “Uraloçka” klubuna məğlub olub

“Azərreyl” “Uraloçka” klubuna məğlub olub
# 06 mart 2013 15:37 (UTC +04:00)

 

Bakı – APA. Rusiyanın “Uraloçka” voleybol klubu Bakıda hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Nikolay Karpolun çalışdırdığı komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama matçlarında da gücünü sınayır. 


Belə ki, ilk qarşılaşmada “Bakı-Azəryol”a 4:1 hesabı ilə qalib gələn qonaq komanda ikinci görüşdə “Azərreyl”lə üz-üzə gəlib. Nəticə bu dəfə də “Uraloçka”nın xeyrinə olub – 3:2. 

Ruslar növbəti matçında “İqtisadçı” ilə oynayacaqlar. Görüş Voleybol Mərkəzində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR