Bakı-APA. “Azərreyl” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin voleybolçusu Sara Anzanello “dəmriyolçular”ın düşərgəsini tərk edib.
Buna səbəb onun böyrəyindəki problemlərdir. Əvvəl Bakıda, ardınca İstanbulda müayinə edilən Saranın sağlamlığı üçün cərrahiyyə əməliyyatının zəruri olduğu üzə çıxıb. Bu üzdən vətəninə qayıdan 33 yaşlı voleybolçu yaxın günlərdə cərrah masasına uzanacaq. İtaliyalı həkimlər “Azərreyl”in kapitanının böyrəyinin dəyişməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, “Azərreyl” böyük ehtimalla onun mövqeyinə yeni oyunçu cəlb edəcək. Çünki Saranın meydana nə vaxt qayıdacağı hələ bilinmir.