Bank Of Baku

“Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib

“Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib
# 15 fevral 2013 08:54 (UTC +04:00)

 

Bakı-APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan cavab matçlarından sonra “Dördlər finalı”na yüksələn klubların adları dəqiqləşib.

 

Bunlar arasında Azərbaycan çempionu “Rabitə” də var. Komandamız Kazan “Dinamo”sunu hər 2 matçda məğlub etməklə, yarımfinala yüksəlib. Onlarla yanaşı, Türkiyənin “Vakıfbank” və İtaliyanın “Yamamay” komandaları da “Dördlər finalı”na vəsiqə qazanıb. 4-cü kollektiv isə yarışa ev sahibliyi edəcək “Qalatasaray”dır (Türkiyə).

 

Qeyd edək ki, 3 cütdə yalnız “Azərreyl” oyunu “Qızıl set”ə daşımağı bacarıb. Lakin onlar burada uduzaraq, mübarizəni dayandırmalı olublar.

 

Çempionlar Liqası
1/3 final mərhələsi cavab oyunları

 

“RABİTƏ” (AZƏRBAYCAN) - “DİNAMO” (KAZAN, RUSİYA) - 3:1 (25:18, 25:14, 19:25, 25:20)

 

“AZƏRREYL” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA) - 3:0 (25:23, 25:18, 25:21)

QIZIL SET: 11:15

 

“ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – “VAKIFBANK” (TÜRKİYƏ) – 1:3 (19:25, 25:22, 16:25, 26:28)

 

İlk oyunlar
“DİNAMO” (KAZAN, RUSİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)


“YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)


“VAKIFBANK” (TÜRKİYƏ) – “ƏCZAÇIBAŞI” (TÜRKİYƏ) – 3:1 (25:23, 23:25, 25:17, 25:15)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR