Bakı – APA. “İqtisadçı” voleybol klubunun baş məşqçisi istefaya göndərilib. Apasport.az saytının xəbərinə görə, universitet komandası türkiyəli Bülənt Karslıoğlunun ardınca tailandlı Kiattiponq Radçataqriaqkra ilə də müqaviləni vaxtından əvvəl pozub.
Asiyalı mütəxəssisin postundan qovulmasına səbəb komandanın zəif çıxışı, xüsusilə, 1 tur əvvəl “Lokomotiv”ə 2:3 hesabı ilə uduzmasıdır.
“İqtisadçı” müvəqqəti olaraq baş məşqçi köməkçisi Fərid Cəlalova tapşırılıb. Yığmamızın 26 yaşlı sabiq kapitanının ilk sınağı bu günə təsadüf edəcək. Komanda saat 15:00-da autsayder “Lokomotiv Biləcəri” ilə qarşılaşacaq.
Qeyd edək ki, universitet komandası son mövsümü də titulsuz başa vurmub.